Fransanın PSJ klubu cərimələnib.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisi 2018-ci ilin yanvar-iyun tarixlərində idman ləvazimatları aldığı şirkətlərə ödənişləri gecikdirdiyi üçün cəzalanıb.
 
PSJ-yə bu səbəbdən 700 min avro cərimə kəsilib. Klubdan verilən açıqlamada, bu cəzaya etiraz olunsa da, şikayətin təmin olunmadığı bildirilib.
 
Fransada şirkətlərə ödənişləri gecikdirən klublar 375 min avrodan 2 milyon avroya qədər cərimələnir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest