Matc.az sizi "Neftçi"nin serbiyalı müdafiəçisi Voyislav Stankoviçin müsahibəsi ilə tanış edir:

Matc.az sizi "Neftçi"nin serbiyalı müdafiəçisi Voyislav Stankoviçin müsahibəsi ilə tanış edir:
 
- Premyer Liqanın XVII turunun oyununda "Zirə"yə səfərdə minimal hesabla uduzdunuz. Bu komandaya qarşı oyunlarınız niyə alınmır?
- "Zirə" bizim üçün narahat rəqibdir, oyun üslubumuza heç cür uyğun gəlmir. Cari mövsüm bu komandaya qarşı 5 görüş keçirmişik. Nəinki qələbə qazanmışıq, heç qol da vura bilməmişik. Burada başqa səbəb görmürəm. Sadəcə münasib rəqib deyil. çünki oyuna çox ciddi hazırlaşmışdıq və meydana qələbə üçün çıxmışdıq. Təəssüf ki, yenə alınmadı.
 
- Buraxılan qolda özünüzü günahkar hesab edirsiniz?
- Təbii ki, yox. çünki mən epizoda elə də yaxın deyildim.
 
- Matçdan sonra komandanın baş məşqçisi Samir Abasov çox əsəbi idi və məğlubiyyətə görə müdafiəçiləri günahlandırdı. Bildirdi ki, oyundan öncə rəqibin belə bir epizoddan fərqlənə biləcəyini futbolçulara izah edib...
- Bəli, doğrudan da, matçdan əvvəl iclasımız oldu və orada bu epizod müzakirə edildi. Baş məşqçi Davit Volkovun müdafiənin arxasına atılan toplar üçün bu cür açıla və qol vura biləcəyini bizə başa saldı. Amma ani diqqətsizlikdən rəqibi boş buraxdıq. Nəticədə həmin qolla məğlub olduq. Uduzduğumuz üçün məyusuq. Amma bu matçı unudub, qarşıdakı oyunlara köklənmək lazımdır.
 
- Demək olarmı ki, müdafiəçilər baş məşqçinin tapşırığını lazımınca yerinə yetirə bilmədilər?
- Xeyr, mən belə düşünmürəm. çünki biz meydanda əlimizdən gələni etdik. Qalib gələ bilərdik. çünki kifayət qədər qol imkanlarımız oldu. Sadəcə bayaq da qeyd etdiyim kimi, ani səhv bizə baha başa gəldi.
 
- "Neftçi"nin cari mövsümdəki ən böyük problemi qeyri-sabit oyun nümayiş etdirməsidir. Sizcə, bunun üçün komandada nə çatışmır?
- Açığı, səbəbi özümüzə də maraqlıdır. Zəif rəqiblərlə oyunlara istdəyimiz kimi köklənə bilmirik. Bu da sonda xal itkiləri ilə nəticələnir.
 
- "Neftçi"nin məğlubiyyətindən "Qarabağ" maksimum istifadə etdi və "Səbail"i udaraq, xal fərqini bərabərləşdirdi. Bu amil sizi narahat edirmi?
- üzərimizdə hər hansı psixoloji təzyiq hiss etmirik. Açığı, biz daha çox öz oyunumuza baxırıq. Növbəti matçlarda keçmiş səhvlərimizi təkrarlamamağa çalışırıq. Amma rəqiblərimizin nəticələrini də diqqətdə saxlayır və hər oyuna daha cidid hazırlaşırıq.
 
- "Neftçi" növbəti turda "Sabah"la qarşılaşacaq. Rəqibin sonuncu pillədə olması sizi arxayınlaşdırmır?
- Maraqlı oyun olacaq. "Sabah" yaxşı komandadır. Sadəcə son vaxtlar nəticələri uğursuz olur. Amma arxayınlaşmaq olmaz. Oyuna 100 faizlik konsentrasiya ilə hazırlaşmalı və meydana qələbə üçün çıxmalıyıq. (Report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest