Türkiyənin "Hatayspor" klubu baş məşqçi ömər Ərdoğanla müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Ərdoğanın sözləşməsinin müddəti 2023-cü ilin yayına qədər uzadılıb.
 
43 yaşlı mütəxəssis ötən ilin avqustundan "Hatayspor"u çalışdırır. Onun rəhbərlik etdiyi komanda Super Liqanın cari mövsümündə keçirdiyi 25 oyuna 42 xal toplayıb və 6-cı sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest