Fransanın "Olimpik" (Marsel) klubunun yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Xorxe Sampaoli çalışdıracaq.
 
Bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb. 60 yaşlı mütəxəssislə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə bağlanılıb.
 
Sampaoli son olaraq Braziliyanın "Atletiko Mineyro" klubunu çalışdırıb. Argentinalı mütəxəssis Fransa klubunda bir müddət əvvəl istefa vermiş Andre Villaş-Boaşı əvəz edib.
 
"Olimpik" Fransa çempionatının cari mövsümündə 25 oyuna topladığı 38 xalla 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest