İspaniyanın "Barselona" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Pedri zədələnib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan futbolçu La Liqanın 25-ci turunun "Sevilya" ilə səfər matçında (2:0) sıradan çıxıb.
 
Pedrinin son durumu tibbi müayinədən sonra bilinəcək. 18 yaşlı futbolçu bu mövsüm 25 oyuna çıxıb, 2 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest