İngiltərənin "Mançester Siti" klubunun müdafiəçisi Erik Qarsiya karyerasını "Barselona"da davam etdirəcək.
 
Matc.az xəbər verir ki, bunu "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola açıqlayıb.
 
O, ispan futbolçunun yeni mövsümdən "Barselona"da çıxış edəcəyini bildirib: "Qarsiya "Barselona"da oynayacaq. O, sıradan bir futbolçu deyil. Koronavirus pandemiyası zamanı yaranmış fasilədən düzgün istifadə etdi və sonra daha çox şans qazandı".
 
İtaliyalı jurnalist Fabritsio Romanonun iddiasına görə, Qarsiya "Barselona" ilə 5 illik müqavilə barədə razılığa gəlib.
 
İspaniya yığmasının da üzvü olan Erik Qarsiya bu mövsüm "Mançester Siti"də 9 oyunda iştirak edib. Müdafiəçi "Barselona" klubunun yetirməsi olsa da, 2018-ci ildən İngiltərə klubuna keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest