Ukraynanın "Minay" klubunun futbolçuları Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin Azərbaycan millisinə cəlb olunması istiqamətində sənədləşmə işləri davam edir.

Ukraynanın "Minay" klubunun futbolçuları Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin Azərbaycan millisinə cəlb olunması istiqamətində sənədləşmə işləri davam edir.
 
Matc.az xəbər verir ki, bu barədə "Report"a AFFA-nın texniki direktoru Cahangir Həsənzadə məlumat verib.
 
Milli assosiasiya rəsmisinin sözlərinə görə, Dç-2022-nin seçmə mərhələsinin startınadək hər iki hücumçuya Azərbaycan pasportu təqdim olunacaq.
 
Həsənzadə hətta Nuriyevin bu yaxınlarda Bakıya gəldiyini və müvafiq sənədlərə qol çəkdiyini bildirib.
 
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə ilk oyununu martın 24-də səfərdə Portuqaliyaya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest