Futbol üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı AFFA və TFF arasında danışıqlar aparılıb.
 
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
 
Əldə olunmuş razılığa əsasən, komandalar bu il mayın 27-də qarşılaşacaq. Qarşılaşma Alanyadakı "Oba" stadionunda keçiriləcək.
 
Oyunun başlama saatı məlum deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest