"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Miçel peşəkar futbolçu karyerasını bitirib.

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Miçel peşəkar futbolçu karyerasını bitirib.
 
Matc.az xəbər verir ki, bu barədə ispan futbolçunun formasını geyindiyi "Marino" klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Miçelin karyerasını sonlandırdığı açıqlanıb.
 
Karyerası ərzində İspaniyada "Sportinq" (Xixon), "Xetafe", İsrialdə "Makkabi" (Hayfa), İngiltərədə "Birmingem" kimi klublarda çıxış edən Miçel, 2015-2020-ci illər aralığında "Qarabağ"ın uğurları üçün çalışıb. 36 yaşlı ispan futbolçu Ağdam klubunda 155 matçda meydana çıxıb və 25 qola imza atıb.
 
Miçel ötən ilin oktyabrında Azərbaycan klubundan ayrılaraq, "Marino" ilə müqavilə imzalamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest