"Qəbələ"nin sabiq futbolçusu Aleksey Antonov baş məşqçiliyə başlayıb.
 
Matc.az xəbər verir ki, 34 yaşlı mütəxəssis Ukraynanın "çernomorets" komandasına baş məşqçi təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Antonov bundan əvvəl "çernomorets"də baş məşqçi Sergey Kovaletsin köməkçisi kimi çalışırdı. Baş məşqçi postundan göndərilən Kovaltsın yerinə məhz Antonov təyin olunub.
 
"çernomorets" Ukrayna 2-ci liqasında 14 oyuna topladığı 28 xalla 3-cü pillədə qərarlaşıb. Premyer Liqaya qayıtmaq uğrunda mübarizə aparan Odessa təmsilçisi hazırda liderdən cəmi 3 xal geri qalır.
 
Xatırladaq ki, Aleksey Antonov 2015-2016-cı illərdə "Qəbələ"nin uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest