Futbol üzrə Belarus Super Kubokunun qalibi məlum olub.
 
Matc.az xəbər verir ki, həlledici matçda Soliqorsk "Şaxtyor"u ilə BATE qarşılaşıb.
 
Əsas vaxtı 0:0 hesabıyla bitən qarşılaşmanın qalibini penaltilər seriyası müəyyənləşdirib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Şaxtyor" 5:4 hesabıyla qalib gəlib və Super Kuboku qazanıb. Soliqorsk təmsilçisi klub tarixində ilk dəfə Super Kuboku qazanıb.
 
Qeyd edək ki, "Şaxtyor"u "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk çalışdırır. O, 2020-ci ilin sentyabrından sözügedən komandaya rəhbərlik edir. Ukraynalı mütəxəssis 2014-2018-ci illər aralığında Azərbaycanda çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest