Azərbaycan U-19 milli komandasının baş məşqçisi müəyyənləşib. Matç.az xəbər verir ki, AFFA-nın Məşqçilər Komitəsi və baş katibliyin birgə müzakirələri, Məşqçilər Komitəsinin müvafiq təqdimatına əsasən yığma Samir Əliyevə həvalə olunub.

Bu addım U-19-lar arasında 2019-cu ilin oktyabr ayında keçiriləcək Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək start verilməsi məqsədilə atılıb.

Qeyd edək ki, 2018/19 mövsümündə mübarizə aparan və elit-raunda yüksələn U-19-a Vüqar Məmməd başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest