Futbol üzrə Braziliya yığmasının sabiq futbolçusu Pele koronavirusdan peyvənd olunub.
 
Matc.az xəbər verir ki, bu barədə keçmiş hücumçu "instagram" hesabında paylaşım edib. Pele, paylaşımında bunları qeyd edib:
 
"Bu gün unudulmaz gündür. Mən peyvənd olundum. Pandemiya hələ bitməyib. İnsanlar peyvənd olunana qədər nizam-intizamı qorumalıyıq. Əllərinizi yumağa davam edin. çölə çıxanda maska taxmağı unutmayın və məsafə saxlayın".
 
Pele Braziliya millisi ilə üç dəfə dünya çempionu olub. Təkcə ölkəsinin yox, dünya futbolunun canlı əfsanəsi sayılan keçmiş hücumçu karyerası ərzində 1281 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest