Serbiya Futbol Federasiyası bu ölkənin yığma komandasının yeni baş məşqçisi Draqan Stoykoviçi rəsmən ictimaiyyətə təqdim edib.
 
Matc.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə Stoykoviçlə 3 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
 
56 yaşlı mütəxəssis keçmiş Yuqoslaviya yığmasının və "Srvena Zvezda"nın əfsanəvi oyun qurucusu olub. O, 1992-cü ildə Marsel "Olimpik"i ilə UEFA çempiolar Liqasının qalibi olub.
 
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Serbiya ilə yanaşı, Portuqaliya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq. Yığmamız serblərlə ilk oyununu martın 30-da, Bakı Olimpiya Stadionunda keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest