"Yuventus" İtaliya A Seriyasının 25-ci turunda "Spetsiya"ya qalib gəlib.
 
Matc.az xəbər verir ki, Turin klubunun 3:0 hesabıyla qalib gəldiyi görüşdə bir qol vuran Kristiano Ronaldo yeni rekorda imza atıb.
 
Belə ki, portuqaliyalı hücumçu Avropanın TOP-5 liqalarında son 12 mövsümün hər birində 20-dən çox qol vuran ilk futbolçuya çevrilib.
 
Ronaldo bu mövsüm A Seriyasında 21 oyunda 20 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest