İtaliyanın "Sampdoriya" klubunun bir üzvündə koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
"Sampdoriya"da koronavirusa yoluxan şəxsin adı və vəzifəsi açıqlanmayıb. Testi pozitiv çıxan şəxs karantinə alınıb.
 
"Sampdoriya" İtaliya A Seriyasının 25-ci turu çərçivəsində bu gün səfərdə "Cenoa" ilə qarşılaşacaq. Oyuna saat 23:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest