Futbol üzrə İtaliya A Seriyasında 25-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, turun əksər görüşləri bu gün baş tutub.
 
Altı qolun qeydə alındığı "Sassuolo" – "Napoli" matçında qalib müəyyənləşməyib. "Cenoa" – "Sampdoriya" görüşü də heç-heçə bitib.
 
"Kalyari" "Bolonya"nı məğlub yola salıbsa, "Atalanta" "Krotone" üzərində darmadağına sevinib.
 
"Roma" səfərdə "Fiorentina"ya qalib gəlib. "Verona" isə "Benevento"nu səfərdə üç cavabsız qolla üstələyib.
 
"Milan" doğma meydanda "Udineze" ilə üz-üzə gəlib və xal itkisi ilə üzləşib.
 
İtaliya A Seriyası
25-ci tur
2 mart
 
Latsio – Torino matçı baş tutmayıb
 
Yuventus – Spetsiya 3:0
Qol: Morata, 62. Kyeza, 71. Ronaldo, 89.
 
3 mart
 
Sassuolo – Napoli 3:3
Qol: Maksimoviç, 34-öz qapısına. Berardi, 45+1-pen. Kaputo, 90+5-pen – Zelinski, 38. Di Lorenso, 72. İnsinye, 90-pen.
 
Benevento – Verona 0:3
Qol: Faraoni, 25. Fulon, 34-öz qapısına. Lasanya, 50.
 
Milan – Udineze 1:1
Qol: Kessye, 90+7-pen – Bekan, 68.
 
Cenoa – Sampdoriya 1:1
Qol: Zappakosta, 52 – Tonelli, 77.
 
Fiorentina – Roma 1:2
Qol: Spinatsola, 60-öz qapısına – Spinatsola, 49. Diavara, 90.
 
Atalanta – Krotone 5:1
Qol: Qosens, 12. Palomino, 48. Muriel, 50. İliçiç, 58. Mirançuk, 85 – Simi, 23.
 
Kalyari – Bolonya 1:0
Qol: Ruqani, 19.
 
4 mart
 
23:45 Parma – İnter

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest