"çelsi"nin yarımmüdafiəçisi Eden Azarın gələcək taleyi baş məşqçi Mauritsio Sarrini narahat edir. Matç.az saytı xəbər verir ki, italiyalı mütəxəssis bununla bağlı rəhbərliyə müraciət edib.

Sarri komandanın lideri ilə bağlı yekun qərarın tezliklə verilməsinin tərəfdarı olduğunu söyləyib: "Azarla yeni müqavilə məsələsinin nə yerdə qaldığını bilmirəm. Ancaq düşünürəm ki, bunu həll etməyin əsl vaxtıdı. Mən prezident deyiləm, baş məşqçiyəm. Bu üzdən dəqiq nəsə deyə bilmərəm. Lakin Azarın gələcəyinə dair məsələni həll etmək zamanıdı".

Qeyd edək ki, Eden Azar "Real"ın maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest