Əfsanəvi hollandiyalı futbolçu Yap Stam "Zvolle"nin yeni baş məşqçisi təyin olunub. Matç.az xəbər verir ki, bunu klub rəsmi saytı vasitəsilə bəyan edib.

46 yaşlı mütəxəssis yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb. Bununla Stam 1992-ci ildə peşəkar futbolçu karyerasına başladığı "Zvolle"yə qayıdıb. Komanda onun rəhbərliyi altında ilk rəsmi oyununu yanvarın 19-da "Feyenoord"a qarşı keçirəcək. "Zvolle" 17 turdan sonra Erediviziyada 16-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, 2007-ci ildə futbolçu karyerasını başa vuran Yap Stam əvvəlcə "Zvolle"nin strukturunda çalışıb. Bir müddət "Ayaks"da da işləmiş sabiq müdafiəçi 2016-2018-ci illərdə İngiltərə klubu "Redinq"ə baş məşqçilik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest