Panama yığmasının hücumçusu Armando Polo Azərbaycandan təklif alıb. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, bunu 28 yaşlı forvard özü bildirib.

Bu ilin martında anlaşdığı "Taura"dan ayrılan futbolçu müsahibəsində ölkəmizdə oynamaqdan imtina etdiyini açıqlayıb. O, keçmiş komandası "Sonsonate" ilə artıq müqavilə imzalayıb.

Polo Salvador klubuna dönmə səbəbini belə izah edib: "Hədəf mənim qanımda var. Kolumbiya və ölkəmdə öyrəndiklərim mənə bu baxımdan çox kömək oldu. Bu üzdən formasını geyindiyim əksər klubların ciddi hədəfləri olub. "Sonsonate" ilə müqavilə bağlamadan əvvəl Misir, Honduras və Azərbaycandan təklif almışdım. "Sonsonate"ni üstün tutdum və bunun hazırda ən doğru seçim olduğunu düşünürəm".

Qeyd edək ki, 2008-ci ildən peşəkar futbolla məşğul olan Armando Polo hər il klub dəyişməklə diqqət çəkir. O, Panama yığmasının heyətində 4 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest