"Hər qrupun öz dəyəri var. Bizim qrup da asan olmayacaq. Rəqiblər maksimum səviyyədə oyun tələb edir. Diqqətimi digərlərinə deyil, komandama yönəltmək istəyirəm"

"Qrupda birinci yer uğrunda mübarizə aparacağıq. Buna inanmalıyıq və hədəfə çatacaq keyfiyyətə sahib komandayıq". Matc.az saytının  məlumatına görə, bu fikirləri Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç yerli "Novosti" nəşrinə müsahibəsində dünya çempionatının seçmə oyunları barədə danışarkən deyib.

56 yaşlı mütəxəssis Azərbaycan millisinin də yer aldığı A qrupunda oyunların asan olmayacağını bildirib: "Hər qrupun öz dəyəri var. Bizim qrup da asan olmayacaq. Rəqiblər maksimum səviyyədə oyun tələb edir. Diqqətimi digərlərinə deyil, komandama yönəltmək istəyirəm. Portuqaliyada hər kəsin sevimlisi olan adlar var. Amma bu, bizi məğlub edəcəkləri anlamına gəlmir. Təslim olmayacağıq. Məqsəd Qətərdəki dünya çempionatına vəsiqə qazanmaqdır". (report.az)

Stoykoviç milli komandaların oyunları üçün təqvimin sıx olduğunu vurğulayıb: "Ardıcıl 3 oyun risklidir. Bu, ağıllı və məntiqli sistem deyil. Əvvəlcə hansı oyun üslubunda çıxış edəcəyimizi təyin etməliyik. Məşqdən çox oyunlar keçirəcəyik. Futbolçular buna uyğunlaşmalıdır. Son tura qədər turnir cədvəlinə önəm verməyəcəyəm. Hər matçda meydana yalnız qələbə üçün çıxacağıq. Uduzduğumuz oyunda hesab 3:4 ola bilər. Meydanın özümüzə aid hissəsində oynayıb, 0:1 hesabı ilə uduzmaq istəmirəm".

Qeyd edək ki, Serbiya seçməsi martın 24-də İrlandiyanı, 3 gün sonra isə Portuqaliyanı qəbul edəcək. Komanda martın 30-da Azərbaycan seçməsinin qonağı olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest