"Trabzonspor"un hücumçusu Burak Yılmaz klubunu dəyişir. Matç.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 33 yaşlı forvard yanvardan "Beşiktaş"a qayıdır.

"Beşiktaş" rəsmisi Umut Güner dünən trabzonlu həmkarları və futbolçunun meneceri ilə bir araya gəlib. 5 saat davam edən danışıqların yekununda tərəflər ortaq məxrəcə gəliblər. Anlaşmaya görə, Burakın mövsümün sonuna qədər olan alacağının 3/4-nü "Beşiktaş", qalanını isə "Trabzonspor" ödəyəcək. "Bordo-mavililər"də illik məvacibi 3,5 milyon avro olan Türkiyə millisinin üzvü gələn mövsümdən "ağ-qaralar"da ilinə 3 milyon avro maaş alacaq. Transferin dekabrın 31-də rəsmən açıqlanması gözlənilir.

Qeyd edək ki, Burak Yılmaz 2006-2008-ci illərdə "Beşiktaş"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest