Turun mərkəzi görüşü Mançesterdə keçirilib. Lider "Mançester Siti" ən yaxın izləyicisi "Mançester Yunayted"i qəbul edib. Bu görüşdə də qonaqlar qələbəyə sevinən tərəf olub.

Futbol üzrə İngiltərə Premyer Liqasında 27-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu günü daha dörd qarşılaşma baş tutub.
 
Son turda "çelsi"yə uduzan və 7-ci pilləyə geriləyən "Liverpul"un budəfəki rəqibi "Fulhem" olub. "Qırmızılar" autsayderlə oyundan da məğlub ayrılıblar.
 
Turun mərkəzi görüşü Mançesterdə keçirilib. Lider "Mançester Siti" ən yaxın izləyicisi "Mançester Yunayted"i qəbul edib. Bu görüşdə də qonaqlar qələbəyə sevinən tərəf olub.
 
"Tottenhem" isə evdə "Kristal Pelas"ı böyük hesabla məğlub edib.
 
İngiltərə Premyer Liqası
27-ci tur
6 mart
 
Bernli – Arsenal 1:1
Qol: Vud, 39 – Obameyanq, 6.
 
Şeffild Yunayted – Sauthempton 0:2
Qol: Uord-Prouz, 32-pen. Adams, 49.
 
Aston Villa – Vulverhempton 0:0
 
Brayton – Lester 1:2
Qol: Lallana, 10 – İheanaço, 62. Amartey, 87.
 
7 mart
 
Vest Bromviç – Nyukasl 0:0
 
Liverpul – Fulhem 0:1
Qol: Lemina, 45.
 
Mançester Siti – Mançester Yunayted 0:2
Qol: B.Fernandes, 2-pen. Şou, 50.
 
Tottenhem – Kristal Pelas 4:1
Qol: Beyl, 25; 49. Keyn, 52; 76 – Benteke, 45+1.
 
8 mart
 
22:00 çelsi – Everton
00:00 Vest Hem – Lids

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest