Kosovo futbolunda 2018-ci ilin ən yaddaqalan hadisələri açıqlanıb. İlin oyunu Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla keçirilən son qarşılaşma seçilib.

Kosovo futbolunda 2018-ci ilin ən yaddaqalan hadisələri açıqlanıb. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, ilin oyunu Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla keçirilən son qarşılaşma seçilib.

Noyabrın 20-də Priştinada baş tutan həmin matçda 4:0 hesablı qələbə qazanan kosovolular qrup birincisi kimi pley-off mərhələsinə vəsiqə əldə ediblər. ölkə futbolunda ilin hadisəsi isə məhz pley-offa və C Liqasına yüksəlmək olub.

Qeyd edək ki, D Liqasının III qrupunda Kosovo 14 xalla birinci, Azərbaycan isə 9 xalla ikinci yeri tutmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest