Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin yer aldığı üçüncü qrupda bir oyun keçirilib.
 
Matc.az xəbər verir ki, Slovakiya yığması səfərdə Yunanıstan futzalçılarının qonağı olub. Qonaqlar bu oyunda darmadağına seviniblər - 5:0.
 
Azərbaycan millisi üçüncü qrupda Slovakiya, Yunanıstan və Moldova ilə mübarizə aparır. Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv hazırda 9 xalla liderdir. Millimiz növbəti matçını Moldova yığmasına qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest