"Real" İspaniya La Liqasının 26-cı turunda "Atletiko" ilə heç-heçəyə (1:1) razılaşıb.
 
Matc.az xəbər verir ki, Madrid derbisi "kral klubu"nun futbolçusu Kərim Benzema üçün rekordla əlamətdar olub.
 
Belə ki, fransız hücumçu "Real"ın heyətində La Liqada ən çox oyun keçirən legioner futbolçuya çevrilib. "Atletiko" ilə matç Benzemanın "Real"la 371-ci çempionat oyunu olub.
 
Bundan əvvəlki rekord braziliyalı keçmiş futbolçu Roberto Karlosa məxsus idi. Sabiq müdafiəçi çempionatda "Real"la 370 oyuna çıxmışdı.
 
Qeyd edək ki, Benzema 2009-cu ildən "Real"ın uğurları üçün çalışır. O, "Real"dakı 371 La Liqa oyununda 182 qola imza atıb. Fransız forvard İspaniya klubunun heyətində bütün turnirlər çərçivəsində 542 oyun keçirib, 267 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest