Futbol üzrə Türkiyə Super Liqasında 29-cu tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
 
"Antalyaspor" – "Kasımpaşa" matçında qalib müəyyənləşməyib. "Trabzonspor" doğma meydanda "Alanyaspor"a məğlub olubsa, "Göztəpə" "Ərzurumspor" üzərində qələbəyə sevinib.
 
Səfərdə "Konyaspor"la üz-üzə gələn "Fənərbaxça" isə darmadağınla qalib gəlib.
 
Türkiyə Super Liqası
29-cu tur
6 mart
 
Dənizlispor – Yeni Malatyaspor 3:2
Qol: Rodalleqa, 31. R.Niyaz, 44. Saçko, 80 – Mallan, 16. Tetteh, 77.
 
Beşiktaş – Qaziantep 2:1
Qol: Abubakar, 15; 72 – Dikko, 90-pen.
 
7 mart
 
Fatih Karagümrük – Ankaragücü 0:1
Qol: A.Potuk, 56.
 
Hatayspor – Kayserispor 1:3
Qol: Pablo, 54 – İ.Parlak, 24. U.Demirok, 36. P.Enrike, 58.
 
Gənclərbirliyi – Başakşəhər 0:1
Qol: D.Ba, 90.
 
Qalatasaray – Sivasspor 2:2
Qol: Falkao, 14; 68-pen – Qradel, 9; Boyd, 38.
 
8 mart
 
Trabzonspor – Alanyaspor 1:3
Qol: Bakasetas, 80-pen – M.Pektemek, 66. Davidson, 73; 90+7.
 
Antalyaspor – Kasımpaşa 1:1
Qol: H.özmert, 38 – Telin, 72.
 
Göztəpə – Ərzurumspor 3:1
Qol: Şvexlen, 4-öz qapısına. H.Akbunar, 83. A.öztürk, 90+8-pen – Bassan, 48.
 
Konyaspor – Fənərbaxça 0:3
Qol: Salai, 29. Osayi-Samuel, 32. S.Aziz, 90.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest