"Zirə"nin yeni transferi Fakundo Melivilo Azərbaycana gəlməzdən əvvəl Çilinin "Kokimbo" klubu ilə anlaşıb.

"Zirə"nin yeni transferi Fakundo Melivilo Azərbaycana gəlməzdən əvvəl çilinin "Kokimbo" klubu ilə anlaşıb.
 
Matc.az xəbər verir ki, argentinalı hücumçu Primera B-yə düşən komanda ilə müqavilənin şərtlərini də razılaşdırıb.
 
Amma "Zirə"nin təklifi 29 yaşlı forvardı son anda fikrindən daşındırıb. Melivilonun keçidi "Kokimbo" rəsmiləri tərəfindən təsdiqlənsə də, futbolçu orada tibbi müayinədən keçməyib. Müayinə və təqdimat öncəsi klubla əlaqə saxlayan futbolçu gəlməyəcəyini, Azərbaycandan daha sərfəli təklif aldığını diqqətə çatdırıb.
 
Qeyd edək ki, son klubu Argentina təmsilçisi "San Martin" olan Fakundo Melivilo "Zirə" ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest