Futzal üzrə Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
 
Matc.az xəbər verir ki, 3-cü qrupda yer alan yığmamız dördüncü sınağında Moldova seçməsinin qonağı olub.
 
çoresku şəhərindəki "Futzal Arena"da baş tutan oyuna Bakı vaxtı ilə saat 20:30-da start verilib. Bütövlükdə 8 qolun qeydə alındığı qarşılaşma millimizin növbəti qələbəsiylə başa çatıb. Bu qələbədən sonra xallarını 12-yə çatdıran Joze Alesio da Silvanın başçılıq etdiyi kollektiv sona 2 tur qalmış liderliyini daha da möhkəmlədib və digər qruplardakı matçların da nəticələrindən asılı olaraq, tarixində ardıcıl 6-cı dəfə turnirin final mərhələsinə vəsiqə qazanıb.
 
Qeyd edək ki, Azərbaycan yığması əvvəlki oyunlarının da hamısından qalib ayrılmışdı. Millimiz son olaraq bir neçə gün öncə məhz Moldova yığmasını Bakıda 5:1 hesabıyla məğlub etmişdi.
 
Aç-nin seçmə mərhələsi
3-cü qrup
9 mart
 
Moldova – Azərbaycan 3:5
Qol: A.Laşku, 32. S.Nikolayçuk, 36. A.Neqara, 37 – H.Ahmadi, 7. Vassura, 23; 36. R.çovdarov, 28. Y.Kojokaru, 35-öz qapısına.
Hakimlər: Damian Qrabovski (Polşa), Yasin Alageyik (Belçika), Viktor Bugenko (Moldova).
Timekeeper: Valeri Minciuna (Moldova).
Hakim-inspektor: Talal Daravşi (İsrail).
UEFA nümayəndəsi: Zoran Dimic (Serbiya).
çoresku, "Futzal Arena".
 
Moldova: 1. Oleq çitoroaqi (q), 5. Andrey Neqara, 6. Konstantin Burdujel, 7. Andrian Laşku, 10. Sergey Takot (k), 12. Sergey Burduja (q), 14. Konstantin Qurjui, 3. Konstantin Nita, 4. Sergey Nikolayçuk, 8. Leonid Podlesnov, 9. Marin Stan, 11. Yulian Kojokaru, 2. Aleksandr çımbalist, 13. Viktor Neqara.
Baş məşqçi: Vladimir Vusatı.
 
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Bolinya, 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 16. Fineo De Arauxo, 19. Cavad Məmmədov (q), 13. Qalo, 10. Vassura, 5. Amir Şocaei, 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz çovdarov, 14. Hadi Ahmadi.
Baş məşqçi: Joze Alesio Da Silva.
 

Azərbaycan

4

4

0

0

17-5

12

Slovakiya

4

2

1

1

8-8

7

Moldova

4

1

1

2

11-15

4

Yunanıstan

4

0

0

4

1-17

0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest