"Asan olmayacaq. Gəlin, özümüzü aldatmayaq. Baş məşqçi Draqan Stoykoviçin nə edəcəyini indidən deyə bilmərəm. Mundiala vəsiqə qazanmaq üçün keyfiyyətimizin olub-olmadığını zaman göstərəcək"

"Baçka Topola" klubunun baş məşqçisi Mladen Krstaiç Serbiya yığmasının dünya çempionatının seçmə mərhələsindəki oyunları ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
 
"Asan olmayacaq. Gəlin, özümüzü aldatmayaq. Baş məşqçi Draqan Stoykoviçin nə edəcəyini indidən deyə bilmərəm. Mundiala vəsiqə qazanmaq üçün keyfiyyətimizin olub-olmadığını zaman göstərəcək. Asan qrup deyil. Portuqaliya və İrlandiya var. Azərbaycanı isə ciddiyə almamaq olmaz. çətin qrupdur, amma növbəti mərhələyə yüksəlməsək belə, gələcəyimiz üçün zəmin yaratmalıyıq. Realist olmalısan, bütün komandalara ciddi yanaşılmalıdır".
 
Qeyd edək ki, Mladen Krstaiç 2017-2019-cu illərdə Serbiya yığmasına rəhbərlik edib. Azərbaycan millisi Serbiya ilə A qrupundakı ilk oyununu martın 30-da Bakı Olimpiya Stadionunda keçirəcək.
 
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest