"Real"ın yarımmüdafiəçisi İsko karyerasını Fransada davam etdirə bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, futbolçunun meneceri PSJ-nin prezidenti Nasser əl-Xelaifi ilə görüşüb.

Ulduz futbolçunun menecerliyini edən atası ilə klub prezidenti arasında görüşdə transferin detalları müzakirə olunub. Baş məşqçi Santyaqo Solari ilə yola getməyən İspaniya millisinin üzvü klubunu dəyişmək niyyətindədi. Həmçinin "Barselona", "Yuventus", "Mançester Yunayted" və "çelsi" də onun agenti ilə təmasa keçib.

İskoya isə PSJ-nin layihəsində yer almaq və Parisdə yaşamaq daha cəlbedici gəlir. Fransızlara yalnız maliyyə feyr-pleyinin şərtləri mane ola bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest