"Biz növbəti oyunda Slovakiya ilə üz-üzə gələcəyik. Əlbəttə, qələbə qazanmaq üçün meydana çıxacağıq. Moldova isə qalan görüşlərini qələbə ilə başa vursa, məqsədinə nail olacaq"

"Bu gün oyunumuz alınmadı. Bu da matça tam köklənə bilməməyimizlə bağlıdır". Matc.az xəbər verir ki, bunu futzal yığmamızın baş məşqçisi Joze Alesio Da Silva  deyib. 
 
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində  Moldovaya səfərdə qalib gəlib – 5:3. çalışdırıcının sözlərinə görə, görüş komandası üçün çox çətin olub: "Rəqibimiz də bu gün ən yaxşı oyunlarından birini keçirdi. çoxlu səhvlərə yol verdik. Hətta buna görə məğlub da ola bilərdik. Müəyyən epizodlarda bəxtimiz gətirdi. Təbii ki, oyunu təhlil edəcəyik, zəif çıxışımızın səbəbini aydınlaşdıracağıq. Sevinməli tərəf nəticə ilə bağlıdır. Ən azı vacib olan 3 xalı əldə etdik.
Moldovanın Avropa çempionatına vəsiqə qazanmaq şansı öz əlindədir. Biz növbəti oyunda Slovakiya ilə üz-üzə gələcəyik. Əlbəttə, qələbə qazanmaq üçün meydana çıxacağıq. Moldova isə qalan görüşlərini qələbə ilə başa vursa, məqsədinə nail olacaq".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest