Futbol üzrə Gürcüstan çempionatında 3-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi "Samtrediya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Şukura" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
 
İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
Qeyd edək ki, "Samtrediya" Gürcüstan çempionatında 3 turdan sonra hələ xal hesabını aça bilməyib və 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest