Bu gün UEFA çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib. Matc.az xəbər verir ki, "Liverpul" və "Leypsiq" arasındakı qarşılaşma pandemiya səbəbindən yenə Macarıstanda  baş tutub.

İlk görüşdə 2:0 hesablı qələbə qazanan ingilislərin növbəti mərhələyə yüksəlmək şansı daha çox dəyərləndirilirdi. Belə də olub. Yenə inamlı qələbə qazanan "Liiverpul" 1/4 finala yüksəlib. 

Gecənin daha bir qarşılaşması Fransada keçirilib. İlk oyunda "Barselona"nı 4:1 hesabı ilə darmadağın edən PSJ 1/4 finala daha yaxın idi. Gözlənildiyi kimi, Paris təmsilçisi bu üstünlüyünü qoruyub və növbəti mərhələyə vəsiqə qazanıb.

UEFA çempionlar Liqası
1/8 final mərhələsinin cavab görüşləri
10 mart

"Liverpul" (İngiltərə) – "Leyptsiq" (Almaniya) 2:0
Qol: Salah, 71. Mane, 74.
Budapeşt, "Puşkaş Arena". Baş hakim Kleman Tyurpen (Fransa)
İlk oyun - 2:0

PSJ (Fransa) – "Barselona" (İspaniya) 1:1
Qol: Mbappe, 31-pen - Messi, 37.
Paris, "Park-de-Prens". Baş hakim Entoni Teylor (İngiltərə)

İlk oyun - 4:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest