Rumıniyanın "Dinamo" klubunda çıxış edən "Qarabağ"ın keçmiş hücumçusu Maqaye Qeyenin qanında qadağan olunmuş maddə tapılıb. Matc.az xəbər verir ki, Buxarest təmsilçisinn seneqallı forvardın qanında kokain aşkarlanıb.
 
Rumıniya kubokunda "Styaua" ilə oyundan sonra aparılan testlərdə 30 yaşlı futbolçu dopinqdə ilişib. Futbolçuya veriləcək cəza detallı araşdırmalardan sonra müəyyənləşəcək.
 
Qeye yenidən dopinq testi verəcək və cavab yenə müsbət çıxsa, ən azı 2 ilə qədər futboldan uzaqlaşdırılacaq.
 
Maqaye bu mövsüm keçirdiyi 19 oyunda 3 qol vurub. Qeye 2020-ci ilin oktyabrında "Dinamo"ya keçib. Təcrübəli hücumçu ötən mövsüm "Qarabağ"da keçirdiyi 28 oyunda 8 qol vurub. 30 yaşlı futbolçu "Strasburq", "Everton", "Brest", "Milluol", "Adanaspor" və "Osmanlıspor" klublarında da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest