"Roma"nın müdafiəçisi Aleksandr Kolarov "Atletiko"nun maraq dairəsinə düşüb. Matç.az saytının xarici mətbuatına istinadən məlumatına görə, ispanlar onu ən geci mövsümün sonunda heyətə qatmağı planlaşdırır.

Məsələ burasındadı ki, "Atletiko"nun cinah müdafiəçisi Lukas Ernandesin "Bavariya"ya transferi gözlənilir. Bunu nəzərə alan ispanlar indidən boşluğu doldurmaq niyyətindədi. Baş məşqçi Dieqo Simeone məhz Kolarovla bu problemi həll etməyi düşünür.

Qeyd edək ki, Aleksandr Kolarov "Roma"ya ötən il "Mançester Siti"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest