Türkiyənin "Yeni Malatyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, sözügedən komandanı bundan sonra İrfan Buz çalışdıracaq.
 
Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
53 yaşlı mütəxəssislə müqavilənin detalları açıqlanmayıb. İrfan Buz ötən ayın sonlarında istefaya göndərilmiş Hamza Hamzaoğlunu əvəz edib.
 
Xatırladaq ki, Hamza Hamzaoğlu ötən ilin avqustundan "Yeni Malatyaspor"a rəhbərlik edirdi. İrfan Buz isə ötən il "Buraspor" və "Kasımpaşa" klublarında çalışıb.
 
Bu mövsüm keçirdiyi 28 oyunda 31 xal toplamış komanda Super Liqada 21 kollektiv arasında 13-cü sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest