Braziliyanın Rio-de-Janeyro şəhərindəki "Marakana" stadionuna sabiq futbolçu Pelenin adı verilə bilər.
 
Matc.az xəbər verir ki, bu barədə "O Globo" nəşri məlumat yayıb.
 
Bu layihənin müzakirəsi Rio-de-Janeyro ştatının qanunverici orqanının gündəliyinə daxil edilib və deputatlar tərəfindən dəstəklənib. Stadionun adının dəyişdirilməsi üçün yerli qubernator Klaudio Kastronun razılığı lazımdır.
 
"Marakana" 1950-ci ildə açılıb və 1999-cu ildə bərpa olunanadək dünyanın ən iritutumlu stadionu sayılıb.
 
155 250 nəfər üçün nəzərdə tutulmasına baxmayaraq, Dç-1950-də Braziliya yığmasının Uruqvaya 1:2 hesabı ilə uduzduğu final matçını rəsmi hesablamalara əsasən, 199 854 nəfər izləyib.
 
Pele Braziliya milli komandası ilə 3 dəfə dünya çempionu olub və FİFA tərəfindən 21-ci əsrin futbolçusu seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest