Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında 33-cü turun bir oyunu keçirilib.
 
Matc.az xəbər verir ki, təqvimin önə çəkilmiş oyununda "Mançester Siti" doğma meydanda "Sauthempton"la münasibətlərinə aydınlıq gətirib.
 
Qarşılaşma kifayət qədər məhsuldar alınıb. Belə ki, "şəhərlilər" 7 qolun qeydə alındığı bu oyunda darmadağına seviniblər. 
 
Bu qələbə sayəsində xal hesabını 68-ə çatdıran "Mançester Siti" zirvədəki mövqeyini daha da möhkəmləndirib. "Sauthempton" isə 33 xalla 14-cü sırada qərarlaşıb.
 
İngiltərə Premyer Liqası
33-cü turun oyunu
10 mart
 
Mançester Siti – Sauthempton 5:2
Qol: De Breyne, 15; 59. Mahrez, 40; 55. İ.Gündoğan, 45+3 - Uord-Prouz, 25-pen. Adams, 56.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest