Futbol üzrə İspaniya La Liqasının 18-ci turundan təxirə salınmış "Atletik"lə oyun (2:1) "Atletiko"nun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, argentinalı mütəxəssis Madrid təmsilçisinin sükanı arxasında 309-cu qələbəsini qazanıb.
 
O, bu göstərici ilə klub tarixində yeni rekord müəyyənləşdirib. Simeone 309 qələbəni 514 oyunda əldə edib. Qalan oyunların 121-i heç-heçə bitibsə, 84-ü məğlubiyyətlə başa çatıb.
 
"Atletiko"nun əvvəlki rekordçusu Luis Araqones idi. O, bu komandanı çalışdırdığı dönəmdə 612 matçda 308 qələbə sevinci yaşamışdı.
 
Simeone 2011-ci ilin dekabrından "Atletiko"ya rəhbərlik edir. Onun rəhbərlik etdiyi kollektiv bu mövsüm La Liqada topladığı 62 xalla turnir cədvəlinin vahid lideridir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest