Ayxan Abbasov Premyer Liqada keçirdiyi 100 oyunda 35 qələbə, 30 heç-heçə və 35 məğlubiyyət əldə edib. Baş məşqçi kimi debütü 2017-ci il yanvarın 29-na təsadüf edən çalışdırıcı Premyer Liqada iki kluba rəhbərlik edib. O, 2017-18-ci illərdə "Zirə"ni 44, 2018-ci ildən indiyədək "Sumqayıt"ı 56 qarşılaşmaya çıxarıb.

Xəbər verdiyimiz kimi, "Sumqayıt"ın çalışdırıcısı Ayxan Abbasov Premyer Liqada 100-cü oyununu keçirib.
 
Matc.az xəbər verir ki, bu münasiblətlə, klub prezidenti Riad Rəfiyev və əsas komandanın heyəti bu gün baş tutan məşqdən öncə baş məşqçini təbrik edib.
 
Rəfiyev Ayxan Abbasova "Sumqayıt" FK-nın "100" nömrəli idman geyimini hədiyyə edib. 
 
Qeyd edək ki, Ayxan Abbasov Premyer Liqada keçirdiyi 100 oyunda 35 qələbə, 30 heç-heçə və 35 məğlubiyyət əldə edib. Baş məşqçi kimi debütü 2017-ci il yanvarın 29-na təsadüf edən çalışdırıcı Premyer Liqada iki kluba rəhbərlik edib. O, 2017-18-ci illərdə "Zirə"ni 44, 2018-ci ildən indiyədək "Sumqayıt"ı 56 qarşılaşmaya çıxarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest