Bu gün İsveçrənin Nyon şəhərində final mərhələsi 2022-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq 17 yaşadək qadınlardan ibarət komandaların Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

Matc.az xəbər verir ki, millimiz B liqasında Albaniya və Monteneqro yığmaları ilə birlikdə 3 komandalı qrupda yer alıb. Bu qrupun oyunları Albaniyada keçiriləcək.
 
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, ilkin mərhələ oyunları Millətlər Liqası formatında təşkil olunacaq. B liqasında 6 qrup qalibi və ən yaxşı nəticəyə malik qrup ikincisi A liqasına vəsiqə qazanacaq. İkinci mərhələnin püşkatması 2021-ci ilin sonlarında təşkil olunacaq. İkinci mərhələdə A liqasının 7 qrup qalibi final mərhələsinə vəsiqə qazanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest