19 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandasının final mərhələsi 2022-ci ildə Çexiyada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacağı rəqibləri müəyyənləşib.

19 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandasının final mərhələsi 2022-ci ildə çexiyada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacağı rəqibləri müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz 7-ci qrupda Norveç, İtaliya və Polşa yığmaları ilə mübarizə aparacaq.
 
Bu qrupun oyunları İtaliyada təşkil olunacaq. İlkin mərhələdə A liqasının qrup qalibləri növbəti mərhələyə vəsiqə qazanacaq. Sonuncu yeri tutan komandalar isə B liqasına düşəcək.
 
Qeyd edək ki, milli komandamız A qrupunda qərarlaşıb. İkinci mərhələnin püşkatması 2021-ci ilin sonlarında təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest