İtaliya çempionu "Yuventus" ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Turin təmsilçisinin türkiyəli müdafiəçisi Merih Demiral sıradan çıxıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. UEFA çempionlar Liqasının 1/8 finalı çərçivəsində "Portu"ya qarşı cavab matçında zədələnən futbolçunun azı 20 gün yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
 
Qeyd edək ki, Merih Demiral "Portu" ilə oyunda penaltiyə səbəb olmuş və İtaliya mətbuatı tərəfindən ciddi tənqidlərə məruz qalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest