İtaliyanın "Sampdoriya" klubu yarımmüdafiəçisi Valerio Verre ilə müqavilənin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
27 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2025-ci ilin yayına qədərdir.
 
Qeyd edək ki, Verre 2017-ci ildən "Sampdoriya"nın uğurları üçün çalışır. İtalyan futbolçu karyerası ərzində "Syena", "Palermo", "Peruca", "Peskara" və "Verona"da da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest