"Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane Qvineya milli komandasına dəvət alıb.
 
Matc.az xəbər verir ki, yığmanın baş məşqçisi Didye Siksin açıqladığı heyətdə Kanenin də adı var.
 
"Neftçi"nin yarımmüdafiəçisi millinin qarşıdakı iki oyununda iştirak etmək hüququ qazanıb.
 
Qeyd edək ki, Qvineya yığmasını Afrika Millətlər Kuboku çərçivəsində Namibiya və Mali ilə oyunlar gözləyir. Kanenin komandası martın 22-də doğma meydanda Malini qəbul edəcəksə, martın 30-da Namibiyanın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest