"Qəbələ"nin sabiq futbolçusu Aleksey Qay məşqçiliyə başlayıb.
 
Matc.az xəbər verir ki, 38 yaşlı mütəxəssis Ukraynanın "çernomorets" komandasında məşqçi kimi çalışacaq.
 
Qay, baş məşqçi Aleksey Antonovun köməkçisi təyin olunub.
 
Xatırladaq ki, Aleksey Qay 2013-2015-ci illərdə "çernomorets"də, 2015/16 mövsümündə isə Antonovla birlikdə "Qəbələ"də çıxış edib.
 
Antonov bir müddət öncə "çernomorets" komandasına baş məşqçi təyin olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest