"Yuventus"un futbolçusu Kriştiano Ronaldo mövsümün sonunda Turin klubundan ayrıla bilər.
 
Matc.az xəbər verir ki, portuqaliyalı hücumçu yenidən "Real"a qayıda bilər.
 
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, Ronaldonun meneceri Jorje Mendeşin "Real"ın rəhbərliyi ilə bununla bağlı danışıqlar apardığı bildirilib.
 
Ronaldo 2009-2018-ci illər aralığında "Real"da çıxış edib. Hücumçu 2018-ci ilin yayında "Yuventus"a keçib. Onun "qoca sinyora" ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest