Futbol üzrə Azərbaycan Birinci Divizionunda 17-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
"Qarabağ"ın əvəzediciləri səfərdə "Keşlə″nin ikinci komandası üzərində qələbəyə sevinib. "Sumqayıt"ın əvəzediciləri isə MOİK-ə uduzub.
 
Bu gün keçirilməli olan "Turan Tovuz" – "Sabah-2" matçı güclü qara görə təxirə salınıb. Qarşılaşma sabah keçiriləcək.
 
Birinci Divizion
17-ci tur
11 mart
 
Kəpəz – Neftçi-2 0:3
Qol: Nazim Məmmədzadə, 21. Seymur Əliyev, 75. Vüsal Əsgərov, 90-pen.
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Tərlan Talıbzadə, Tural Qurbanov.
Gəncə şəhər stadionu, 14:00
 
Qaradağ Lökbatan – Zaqatala 3:2
Qol: Elnur Səmədov, 74; 79. Orxan Əliyev, 90+4 – Xəqani Sadıxov, 66. Bəhruz Teymurov, 70.
Hakimlər: Səbuhi Bayramov, Namiq Hüseynov, Vüqar Bayramov, Fərid Hacıyev.
Lökbatan Olimpya İdman Kompleksinin stadionu, 15:00.
 
12 mart
 
Sumqayıt-2 – MOİK 0:1
Qol: Əlibəy Məmmədli, 44.
Qırmızı vərəqə: Ramil Orucov, 80.
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Rəhman İmami, Fərid Hacıyev.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 15:00.
 
Keşlə-2 – Qarabağ-2 0:1
Qol: Nihad Quliyev, 73-pen.
Qırmızı vərəqə: Fərid Nadirov, 90+2.
Hakimlər: Rauf Allahverdiyev, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov.
"ASK Arena", 15:00.
 
13 mart
 
Turan Tovuz – Sabah-2
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Taleh Məmmədov, Namiq Bəkirov.
Tovuz şəhər stadionu, 15:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest