Afrika Futbol Konfederasiyasında (CAF) yeni prezident seçkiləri keçirilib.
 
Matc.az xəbər verir ki, Patris Motsepe qurumun yeni prezidenti seçilib.
 
O, bu vəzifədə 2020-ci ilin sonunda korrupsiya ittihamı ilə futboldan kənarlaşdırılan Madaqaskar əsilli Əhməd Əhmədi əvəzləyib.
 
Cənubi Afrika Respublikasından (CAR) olan 59 yaşlı funksioner qarşıdakı 5 il müddətində CAF-a rəhbərlik edəcək.
 
Qeyd edək ki, Motsepe ölkəsinin tarixindəki ən varlı iş adamlarından biridir. O, CAR prezidenti Siril Ramaposun kürəkənidir. Motsepe həmçinin yerli "Mamelodi" klubunun sahibidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest